Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
19.09.2017 12:21
  • A-
  • A
  • A+

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Sentyabrın 19-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anım günüdür.

Bu münasibətlə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi II Fəxri xiyabanda professor A.İmanquliyevanın məzarını ziyarət edib, alimin məzarı önünə əklil qoyublar.

Anım mərasimində Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 25 il öncə dünyasını dəyişmiş böyük alimin  keçdiyi 53 illik həyat yolundan və bu illərdə onun şərqşünaslıq elminə verdiyi böyük töhfələrdən söz açıb. Aida İmanquliyevanın elmi fəaliyyətinin müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu söyləyən G.Baxşəliyeva bu görkəmli alimin itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd edib. 

Sonra Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi Laura Orucova çıxış edərək A.İmanquliyevanın zəngin elmi fəaliyyətindən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: