www.science.az
14.09.2017 18:59

ABŞ-ın Central Florida Universitetinin professoru Neft-Kimya Prosesləri İnstitutunda olub

ABŞ-ın Central Florida Universitetinin professoru Nazim Muradov AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun qonağı olub.

İnstitutun direktoru, akademik Vaqif Abbasovla görüşdə gələcəkdə birgə elmi araşdırmaların aparılmasına dair müzakirələr aparılıb.

Daha sonra N.Muradov müəllifi olduğu monoqrafiyanı V.Abbasova hədiyyə edib.

Qeyd edək ki, 20 ildir ABŞ-ın Central Florida Universitetində fəaliyyət göstərən N.Muradov dünyanın bir çox elmi qurumlarında hidrogen energetikasına dair mühazirələr söyləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.