Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyasından bəhs edən monoqrafiya çapdan çıxıb
12.09.2017 12:22
  • A-
  • A
  • A+

Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyasından bəhs edən monoqrafiya çapdan çıxıb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun və həmin institutun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın həmmüəllifi olduğu “Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq  ideologiyası” adlı monoqrafiya çapdan çıxıb.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri - AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır.

Monoqrafiyada milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyasından bəhs olunur. Həmçinin Azərbaycançılıq məfkurəsinin milli ideologiya kimi müəyyənləşməsində ümummilli lider Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərindən söhbət açılır. Ana abidəmiz olan “Kitabi-Dədə-Qorqud” dastanından başlamış böyük şair və yazıçılarımızın yaradıcılığında özünə yer tutan milli ideologiya monoqrafiyada ciddi təhlil olunur.

Kitabda görkəmli Azərbaycan ziyalılarının - Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Əhməd Cavad, Məmməd Səid Ordubadi, Mir Cəlal, Məmmədhüseyn Şəhriyar, Məmməd Araz, Bəxtiyar Vahabzadə və başqalarının əsərlərindəki milli-ideoloji məsələlər təqdim olunur.

Yeni nəşr ali məktəb tələbələri, müəllimlər, elmi tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: