Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Neftçalada “Ağ qızıl” pambıq sortu üzərində müşahidələr aparıblar
12.09.2017 09:04
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Neftçalada “Ağ qızıl” pambıq sortu üzərində müşahidələr aparıblar

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən Neftçala rayonunun fermer təsərrüfatlarında pambıq bitkisi altında “Biomax” və “Bakterit” bioloji preparatlarının tətbiqi ilə üzvi mənşəli qida məhsullarından istifadə etməklə təcrübə aparılır.

Təcrübə işləri institut ilə Neftçala Rayon İcra Hakimiyyəti arasında imzalanmış niyyət protokoluna əsasən icra edilir. Bu məqsədlə institutun Suvarmanın müasir problemləri laboratoriyasının aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Azad Kərimov və böyük elmi işçisi Bəkir Salmanov təcrübələrin gedişi ilə tanış olub, “Ağ qızıl” pambıq sortu üzərində fenoloji müşahidələr aparıblar.

Aparılan fenoloji müşahidələrdən məlum olub ki, bakteriyaların tətbiqi ilə əldə edilən qozaların sayı nəzarət variantı ilə müqayisədə xeyli yüksək olub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: