www.science.az
11.09.2017 09:16

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı 8 sentyabr 2017-ci il tarixində işıq üzü görüb.

Qəzetdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin Fransanın Monpelye Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fransua Henn və Fransanın Bakıdakı səfirliyinin mədəniyyət və əməkdaşlıq məsələləri üzrə müşaviri Yohan Şitterer ilə görüşü, AMEA Yüksək Texnologiyalar Parkı ilə "EPC Group" MMC arasında əməkdaşlığa dair imzalanmış müqavilə, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Çinin elm və ədəbiyyat qurumları arasında mövcud əməkdaşlığa dair görüş, AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası, Türkiyənin Doğu Akdeniz Universitetinin professoru Vüqar Sultanzadə ilə müsahibə, UNESCO-nun baş direktoru İrina Bokovanın müraciəti və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Yeni sayda, həmçinin "Tariximizi özümüzə qaytaran alim", "Qiymətli hədiyyə", "Landşaftşünaslıqda yeni istiqamət", "Qorqud müdrikliyi və müasirlik" adlı məqalələr və digər məlumatlarla tanış olmaq olar.

Bundan əlavə, qəzetdə «Ушел ученый, ушла епоха», «К Азербайджану с уважением», «И все-таки - море. Какое у Каспия будущее?», «Памятник поету», «Печать незыблемости», «Простые формулы Земли», «Галатепе раскрывает свои тайны», «Вспышка на Солнце», «Шансы чрезвычайно малы» və s. kimi məqalələr də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.