Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Ümumtəhsil məktəblərində riyaziyyatın didaktikası" dərsliyi nəşr olunub
11.09.2017 10:52
  • A-
  • A
  • A+

"Ümumtəhsil məktəblərində riyaziyyatın didaktikası" dərsliyi nəşr olunub

AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı, pedaqoji elmlər doktoru, professor Firədun İbrahimovun "Ümumtəhsil məktəblərində riyaziyyatın didaktikası" adlı dərs vəsaiti çapdan çıxıb.

Nəşrin elmi redaktoru pedaqogika üzrə elmlər doktoru, professor Azadxan Adıgözəlov, rəyçiləri - pedaqogika üzrə elmlər doktoru, professor Seyidağa Həmidov, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov və riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanovdur.

Dərs vəsaitində XXI əsrin çağırışları, təhsilin bəşər təcrübəsinin mənimsənilməsi prosesi, orta təhsilin texnodemokratik-informasiya cəmiyyətində ehtivası, təhsilin həyata keçirilməsinin fəlsəfi, məntiqi, psixoloji, didaktik əsasları, ümumtəhsil sistemində riyazi təhsilin mövqeyi, riyazi bilik, bacarıq və vərdişlərin ötürülməsinin nəzəriyyə və texnologiyasının inkişaf səviyyəsi təqdim olunur. Bundan əlavə, kitabda IX sinif nümunəsində riyaziyyatın tədrisində məzmun standartlarının reallaşdırma fəlsəfəsinin şərhi verilir.

Yeni nəşr riyaziyyat və informatika ixtisasları üzrə təhsil alan tələbələr və bu sahədə çalışan mütəxəssislər üçün  nəzərdə tutulub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: