www.science.az
07.09.2017 14:17

Bu il Ayın Yerə yaxınlaşması hadisəsi sentyabrın 13-də qeydə alınacaq

Cari il Ayın Yerə yaxınlaşması hadisəsi sentyabrın 13-də qeydə alınacaq. Bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovdan aldığımız məlumata görə, həmin vaxt Ayla Yer arasında məsafə 369 min kilometr olacaq. Bu yaxınlaşma adi hallardan biridir.

Onun sözlərinə görə, Ayın Yerə ən yaxın məsafədə yaxınlaşması (“Super Ay”) isə 2018-ci il yanvarın 2-də baş verəcəkdir. Bu zaman Ayla Yer arasında məsafə 356 min 550 kilometr olacaq. 

Alim “Super Ay” hadisələrinin indiyə qədər bir neçə dəfə baş verdiyini və heç bir təhlükənin qeydə alınmadığını deyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.