Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Jestləri tanıyan əlcək hazırlanıb
18.08.2017 10:38
  • A-
  • A
  • A+

Jestləri tanıyan əlcək hazırlanıb

Kaliforniya Universitetinin bir qrup alimi lal-kar insanlar tərəfindən istifadə edilən jest dilini anlamaq üçün "ağıllı" əlcək hazırlayıblar. Ünsiyyəti asanlaşdıran “Smart Glove” əl jestlərini tanıyaraq onları mətnə çevirir.

naked-science.ru saytı xəbər verir ki, əlcək 9 elastik datçikə malikdir və baş barmaqdan başqa hər bir barmağa iki datçik birləşdirilib. Sensorlar biləkdə yerləşdirilmiş sistem lövhəsinə qoşulub. Sözügedən sistem lövhəsi jest dilinin hərfinə uyğun  gələn barmaqların vəziyyətini tanıyaraq latın əlifbası hərfini generasiya edir.

Jestlər doqquzrəqəmli (datçiklərin sayına görə) kodla kodlaşdırılır, hər bir rəqəm müvafiq barmağın yerləşmə vəziyyətindən asılı olaraq 1 və ya 0 qiymətini ala bilər. Yekun qiymət konkret bir hərfə uyğun gəlir.

Sözügedən əlcək eyni jestləri fərqləndirmək üçün akselerometr və təzyiq datçiki ilə təchiz edilib. Bundan sonra sistem kodları hərflərə çevirir və onları kompüterin ekranında göstərmək üçün “Bluetooth” vasitəsilə göndərir.

  • Paylaş: