Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.08.2017 13:49
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları Kürdəmir ərazisində nar bağlarına baxış keçiriblər

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları Kürdəmir ərazisində nar bağlarına baxış keçiriblər

Məlum olduğu kimi, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, avqustun 16-da NKPİ-nin bir qrup alimi Kürdəmir rayonu ərazisində salınan nar bağı sahələrində olub.

Sahələrə baxış zamanı institutun əməkdaşları tərəfindən hazırlanan yeni gübrə və boy maddələrinin nar bağında istifadəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb, həmin maddələrin məhsuldarlığın inkişafına yüksək təsir göstərəcəyi vurğulanıb.

Sonda hər iki tərəfi maraqlandıran məsələlər və qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: