Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Yüngül çəkili odadavamlı material yaradılıb
17.08.2017 11:53
  • A-
  • A
  • A+

Yüngül çəkili odadavamlı material yaradılıb

Çin və Cənubi Koreyadan olan kimyaçılar qrupu tərəfindən hazırlanmış yeni odadavamlı material sıxlığının son dərəcə kiçik olmasına baxmayaraq çox yüklənməyə və yanğını effektiv dayandırmaq qabiliyyətinə malikdir.

hitech.newsru.ru saytı yazır ki, materialın əsasını köpüklənmiş polimid polimer, həmçinin qrafen və qırmızı fosfor kompoziti təşkil edir. Polimid və fosfor yanar materiallar olsa da qrafenlə qatışdırıldıqda onların xüsusiyyəti dəyişir.

Yeni materialın sıxlığı təxminən bir kubsantimetrdə 16 milliqram təşkil edir ki, bu da havadan 16 dəfə daha ağırdır. Onun mexaniki xüsusiyyətləri kiçik polimer blokuna içərisi su ilə dolu 6 kiloqramlıq stəkanın təzyiqinə tab gətirməyə imkan verir. Bu xüsusiyyət materialı oksid silisium və ya qrafen əsaslı aerogellərlə eyniləşdirir.

  • Paylaş: