AMEA Genetik Ehtiyatlar İnstitutunun doktorantı, Gənc Alim və Mütəxəsislər Şurasının sədri Məhəmməd Eldarov Almaniyanın Göttingen şəhərində yerləşən Georq Avqust Göttinq Universitetinin Bitki-ekologiyası və ekosistemi şöbəsində 1 il müddətində təlim kursu keçib.
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən kurs Erasmus Mundus ALRAKİS II fəaliyyət proqramı çərçivəsində həyata keçirilib.
Alim “Azərbaycanda yayılmış Aegilops L. cinsi növlərinin ekoloji-botaniki tədqiqi və genetik müxtəlifliyi” mövzusu əsasında tədqiqatlar aparıb, iqlim dəyişilməsinin bitkilərə təsiri, biomüxtəlifliyin mühafizəsi və müasir ekofizioloji analiz metodlarını öyrənib.
M.Eldarov kursu müvəffəqiyyətlə tamamlayaraq beynəlxalq sertifikata layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.