Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-da görkəmli alim Məmmədhüseyn Təhmasibin 110 illik yubileyi qeyd olunacaq
09.08.2017 09:34
  • A-
  • A
  • A+

AMEA-da görkəmli alim Məmmədhüseyn Təhmasibin 110 illik yubileyi qeyd olunacaq

Bu ilin sentyabr ayında AMEA-nın  FolklorNizami Gəncəvi adına Ədəbiyyat institutlarının birgə təşkilatçılığı ilə folklorşünas alim, professor Məmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr edilən “Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” mövzusunda elmi konfrans keçiriləcək.

Tədbirdə görkəmli alimin həyat və yaradıcılığından, folklorşünaslıq sahəsindəki əvəzolunmaz xidmətlərindən söhbət açılacaq.

Qeyd edək ki, folklorumuzu sistemləşdirən, toplayan və Azərbaycanda folklorşünaslıq məktəbi yaradan professor Məmmədhüseyn Təhmasib Azərbaycan tarixinin, etnoqrafiyasının, toponiminin, coğrafiyasının mükəmməl bilicisi olub. Alimin apardığı elmi-tədqiqat işləri bu gün də Azərbaycan ədəbiyyatşünaslığı üçün dəyərli mənbədir. 

Konfrans barədə ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://folklor.az/526.htm

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: