Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

04.08.2017 13:51
  • A-
  • A
  • A+

Çin-Rusiya İnnovasiya Texnoparkının rəhbərliyi Bakıda səfərdədir

Çin-Rusiya İnnovasiya Texnoparkının rəhbərliyi Bakıda səfərdədir

Səfər çərçivəsində Çin-Rusiya İnnovasiya Texnoparkının rəhbərliyi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayevlə görüşüblər.

Qonaqları salamlayan akademik İbrahim Quliyev Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafına dövlət qayğısından danışıb. Bildirib ki, 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə AMEA Yüksək Texnologiyalar Parkının yaradılması da bunun bariz nümunəsidir.

AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayev qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqinin vacibliyini qeyd edib. İnvestisiyayönümlü innovativ sahələrdə dövlət dəstəyinin gücləndiyini və bunun müsbət nəticələr verdiyini vurğulayıb.

Görüş zamanı yüksək texnologiyalar sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışılıb. Çin-Rusiya İnnovasiya Texnoparkının baş direktoru Çjan Jençjuna Azərbyacanla əməkdaşlığın səmərəli olacağına əmin olduğunu bildirib. Çin-Rusiya İnnovasiya Texnoparkı ilə AMEA Yüksək Texnologiyalar Parkının birgə fəaliyyətinin hər iki tərəf üçün uğurlu olacağını qeyd edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: