Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanlı alim beynəlxalq konfransda məruzə ilə çıxış edib
31.07.2017 16:53
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq konfransda məruzə ilə çıxış edib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev 28-31 iyul tarixlərində Yaponiyanın Kanazava şəhərində keçirilən 11-ci "Management Science and Engineering Management" adlı beynəlxalq konfransda iştirak edib.

10 ölkədən 150-yə yaxın alimin iştirak etdiyi tədbirdə akademik "Ardıcıl xidmətli sistemlərdə optimizasiya problemləri" mövzusunda plenar məruzə söyləyib.

Azərbaycanlı alim, həmçinin konfransın xüsusi mükafatına layiq görülüb.

Qeyd edək ki, konfransın əsərləri J.Xu (Çin), M.Gen (Yaponiya), Fang Lee Cook (Avstraliya) və A.Hacıyevin (Azərbaycan) rəhbərliyi altında Almaniyanın "Şpringer" nəşriyyatında çap olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: