Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimin yeni patenti çap olunub
26.07.2017 12:38
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin yeni patenti çap olunub

Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun yeni patenti (ixtirası) nəşr edilib (WIPO publication number: WO2017081520 A1).

Bu mühüm ixtira ilk dəfə olaraq bitki expresiya sistemi də daxil olmaqla bütün eukariotik zülal expresiya sistemlərində rekombinant zülalların (vaksinlərin, terapevtik zülalların, sənaye enzimlərinin, təbii aditivlərin və s.) hüceyrə daxilində, N-glukozilləşmə saytında aminturşu dəyişməsi baş vermədən təbii və şəkərsiz (N-glykozasiz) formada sintez edilməsi texnologiyasının yaradılmasından ibarətdir. 

İxtiranın böyük iqtisadi səmərə verəcəyi gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: