Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Alimlər evinin direktoru Dünya Elm Festivalının 10 illik yubileyində iştirak edib
21.07.2017 10:25
  • A-
  • A
  • A+

Alimlər evinin direktoru Dünya Elm Festivalının 10 illik yubileyində iştirak edib

AMEA-nın Alimlər evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva 30 may-4 iyun 2017-ci il tarixlərində Nyu-Yorkda keçirilən Dünya Elm Festivalının 10 illik yubileyinə həsr olunan tədbirdə iştirak edib.

Festival çərçivəsində N.Quliyeva Dünya Elm Festivalının direktoru Jyudit Koksla rəsmi görüş keçirib, gələcək əməkdaşlıq barədə razılıq əldə olunub. Görüş zamanı 2018-ci ildə Azərbaycanda elm festivalının açıq formatda təşkil olunacaq proqramlarında bu ölkələrin nümayəndələrinin də iştirak edəcəyi bildirilib.

Dünya Elm Festivalı açıq şəkildə Nyu-Yorkun Tayms meydanında, qapalı formada isə müxtəlif elmi diskussiyaların aparıldığı zallarda təşkil olunub. Tayms meydanında şoularla başlayan Dünya Elm Festivalının açılışı "Rose" Teatrı və "Linkoln Mərkəzi"ndə Caz evinin düzənlədiyi tamaşa və konsert proqramları ilə davam edib. Festival vasitəsilə ictimaiyyətin bütün nümayəndələri yeni kəşflərdən xəbərdar olmaq imkanı qazanaraq öz möcüzələrilə işıq saçan alimlər, dünyanı dəyişən mütəfəkkirlərlə tanış olmaq şansı əldə ediblər. Festivalın məşhur "Cool Jobs" proqramı tanınmış elm adamlarını, sənətçiləri, interaktiv və musiqili performansları özü ilə Tayms meydanına, elmi dünyanın yolkəsişməsinə gətirib. Festival Tayms meydanında şouları, maarifləndirən, əyləndirən və ilham verən tərtibatı ilə təqdim edilir, bizim daim dəyişən planetimizin və əlaqələrimizin qiymətləndirilməsinə ictimaiyyəti daha çox cəlb edir.

Qeyd edək ki, Dünya Elm Festivalı 10 ildir cəmiyyətə orijinal məhsullar təqdim etmək, təhsil sahəsində yeni təşəbbüslər irəli sürmək, rəqəmsal proqramlar yaratmaq, elmi ucqar mərkəzlərdən mədəniyyət mərkəzlərinə daşımaq, eləcə də kiçik maraqları böyük elmi axtarışlara çevirmək kimi xidmətlər göstərməklə gələcəyimizi formalaşdırır. 30 şəhər və 11 ölkənin 80 performansını canlı olaraq 2 milyon, internet vasitəsilə isə 50 milyon insan izləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: