Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Axtarışlar” jurnalının ikinci nömrəsi işıq üzü görüb
19.07.2017 16:02
  • A-
  • A
  • A+

“Axtarışlar” jurnalının ikinci nömrəsi işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” jurnalının ikinci nömrəsi işıq üzü görüb.

Elmi-ədəbi topluda folklor, ədəbiyyat, sənətşünaslıq, dilçilik və tarix sahələrində aparılan tədqiqatlar, elmi araşdırmalar yer alıb.

Jurnalın növbəti sayında bölmənin sədri, akademik İsmayıl Hacıyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, bu qurumun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev, AMEA-nın Tarix İnstitutunun əməkdaşı Səbinə Alməmmədova, Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, dosent Emma Aslanova, həmin universitetin baş müəllimi Sevinc Bağırova və digər elm adamlarının məqalələri müxtəlif səpkili mövzulara yeni faktlarla işıq salır.

Yeni sayada “Professor Məhəmmədhüseyn Təhmasibin həyat və yaradıcılığının ümumi mənzərəsi”, “Folklora bağlılığın Vaqif nümunəsi”, “Naxçıvan dialekt və şivələrindəki bəzi dialektizmlərin tarixi haqqında”, “Cəhri kəndi və onunla bağlı toponimlərin etimologiyası və leksik-semantik xüsusiyyətləri”, “Azərbaycan dilinin Səfəvilər dövrü”, “Azərbaycan miniatür sənəti”, “Behbud ağa Şahtaxtinksi irsini yaşadacaq dəyərli əsər”, “Qarabağ müharibəsindən xilas olmuş muzey sərvətlərimiz”, “TÜRKSOY-Türk xalqlarının mədəniyyət və incəsənət birliyi kimi” və digər məqalələr öz əksini tapıb.

Məqalələr rus və ingilis dillərində xülasələrlə dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: