Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Məhəmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr olunan kitab çapdan çıxıb
18.07.2017 15:09
  • A-
  • A
  • A+

Məhəmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr olunan kitab çapdan çıxıb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən “Taleyi və sənəti” layihəsi çərçivəsində “Məhəmmədhüseyn Təhmasib: taleyi və sənəti” məqalələr toplusu işıq üzü görüb.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin tərtibatı, Əli Həşimovun rəyi ilə oxucuların mühakiməsinə verilən sayca on birinci məqalələr toplusu görkəmli folklorşünas alim, professor Məhəmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr edilib.

Kitabda Azərbaycan folklorşünaslığının inkişafında, folklorşünaslar nəslinin yetişməsində böyük xidmətləri olan Məhəmmədhüseyn Təhmasibin (1907-1982) həyat və çoxcəhətli ədəbi fəaliyyəti, zəngin yaradıcılığı və ədəbiyyat tariximizdə əvəzsiz xidmətlərindən bəhs edən 18 fundamental araşdırma yer alıb.

Yeni nəşrdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Professor Məhəmmədhüseyn Təhmasib-folklor nəzəriyyəçisi”, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Təhmasiblər və Məhəmmədhüseyn Təhmasib", Ə.Quliyevin “Professor Məhəmmədhüseyn Təhmasibin həyat və yaradıcılığının ümumi mənzərəsi”, professor Məhərrəm Qasımlının “Folklor karvanımızın müdrik sarvanı”, professor Yusif Səfərovun “Dastanlarımızın ustad tədqiqatçısı”, Əməkdar elm xadimi Hüseyn Həşimlinin “Məhəmmədhüseyn Təhmasib bədii yaradıcılığa nə vaxt başlamışdır?” və digər tədqiqatçıların məqalələri öz əksini tapıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: