AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının 2017-ci il üçün ikinci nömrəsi işıq üzü görüb.
Jurnalın bu nömrəsində Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Almaniya, Əfqanıstan alimlərinin məqalələri yer alıb.
Bundan əlavə, elmi jurnalın “Klassik irs”, “Heydər Əliyev-94”, “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Mədəniyyət və incəsənət”, “Yazılı abidələr”, “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia” kimi rubrikalarında nəzəri məqalələr əksini tapıb.
Qeyd edək ki, “Türkologiya” jurnalı ildə dörd dəfə, üç aydan bir nəşr olunur. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.