Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA İşlər İdarəsinin müdir müavini təsdiq olunub
03.03.2014 00:00
  • A-
  • A
  • A+

AMEA İşlər İdarəsinin müdir müavini təsdiq olunub

Son zamanlar AMEA-nın İşlər İdarəsi tərəfindən həyata keçirilən bir sıra işlər, AMEA-nın balansında olan daşınmaz əmlakın uçotu və sənədləşdirilməsi, elmi işçilərin soial-məişət məsələlərinin həlli ümumilikdə idarənin işinin artmasına səbəb olmuşdur. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyətinin 31 yanvar 2014-cü il tarixli sərəncamı ilə AMEA Rəyasət Heyəti Mərkəzi aparatının ştat cədvəlinə bir ştat vahidi – AMEA İşlər idarəsinin müdir müavini vəzifəsi əlavə edilmişdir.

AMEA Rəyasət Heyətinin qərarı ilə İşlər İdarəsinin baş mütəxəssisi Sərdar Əli oğlu Əliyev idarənin müdir müavini vəzifəsinə təsdiq olunub.

S.Əliyev 2 fevral 1955-ci ildə anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: