Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib
05.07.2017 09:05
  • A-
  • A
  • A+

Azərbaycanlı alim beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib

Qazaxıstanın paytaxtı Astana şəhərində Herontoloqların II Avrasiya Qurultayı keçirilib.

Tədbir Qazaxıstan Respublikası Prezidenti İşlər İdarəsi Tibb Mərkəzinin, Qazaxıstan Herontoloqlar Cəmiyyətinin və Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Qurultay çərçivəsində herontologiya və heriatriyanın fundamental, klinik və tibbi-sosial məsələləri müzakirə olunub.

Tədbirdə AMEA-nın Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Herontoloqlar Cəmiyyətinin prezidenti, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova da iştirak edib. O, Azərbaycanda yaşayan yüksək uzunömürlülük indeksi ilə fərqlənən populyasiyaların öyrənilməsi üzrə tədqiqatların nəticələri barədə məruzə söyləyib.

Qurultayda U.Həşimova Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının vitse-prezidenti seçilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.  

  • Paylaş: