www.science.az
29.06.2017 13:55

Gürcüstanda keçirilən seminarda Azərbaycanda aparılan seysmoloji tədqiqatlardan bəhs olunub

20-24 iyun 2017-ci il tarixlərində Gürcüstanın Borjomi şəhərində "Qafqaz regionunun seysmik riski" mövzusunda seminar keçirilib.

Tədbirdə ölkəmizi Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, bu mərkəzin Beynəlxalq seysmotomoqrafiya laboratoriyasının və Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma şöbəsinin mühəndisləri M.Babayeva və L.Məmmədova təmsil ediblər. Alimlər Azərbaycanda aparılan seysmoloji tədqiqatlar və onun nəticələri barədə məlumat veriblər.

Türkiyə, ABŞ, İran və Gürcüstandan olan seysmoloq alim və mütəxəssislərin qatıldıqları seminarda seysmik riskin öyrənilməsi ilə bağlı SWFT, SeysmoSignal, QGis proqramları və onların iş prinspləri təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.