İyulun 4-də saat 16:00-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılış mərasimi olacaq. Məqsəd qloballaşan dünyada Azərbaycan-türk–müsəlman mədəniyyətinin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir.
Sərgidə geyimlərlə yanaşı, muzeyin kolleksiyasında olan tarixi fotoşəkillər, müvafiq məlumatlar da təqdim olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.