Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Xətainin qılıncı və qələmi” mövzusunda respublika konfransı keçiriləcək
18.10.2017 15:51
  • A-
  • A
  • A+

“Xətainin qılıncı və qələmi” mövzusunda respublika konfransı keçiriləcək

23 noyabr 2017-ci il tarixində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan xalqının ictimai-siyasi və mədəni yüksəlişində müstəsna xidmətləri olan dövlət xadimi, şair Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyinə həsr olunan “Xətainin qılıncı və qələmi” mövzusunda respublika konfransı keçiriləcək.

Konfransın mövzuları:

- Şah İsmayıl Xətainin ədəbi irsi və orta əsrlər Azərbaycan ədəbiyyatının problemləri;

- Azərbaycan dövlətçilik tarixində Şah İsmayılın yeri və Səfəvilər dövləti;

- Şah İsmayıl Xətai dövründə mədəni həyat və orta əsrlər Azərbaycanının kulturoloji problemləri;

- Şah İsmayıl Xətai dövrü və sonrakı əsrlərdə təzkirəçilik, salnaməçilik və tərcümə sənətinin başlıca simaları, mühüm əsərləri və yaratdıqları ənənələr;

- Şah İsmayıl Xətai dövründə Azərbaycan əlyazma sənəti və orta əsrlər miniatür, kaliqrafiya, kitab tərtibi sənətinin inkişaf mərhələləri;

- Şah İsmayıl Xətai dövründə və orta əsrlər Azərbaycanında ana dili və terminologiya problemləri;

- Şah İsmayıl Xətai dövründə və orta əsrlər Azərbaycanında dövlət və ordu quruculuğu məsələləri;

- Səfəvilər dönəmi Azərbaycan xarici siyasətinin başlıca istiqamətləri və orta əsrlər Azərbaycan diplomatiyasının problemləri;

-  Şah İsmayıl Xətai və Azərbaycan Səfəvilər dövləti dünya tarixşünaslığı və filoloji fikrində;

- Səfəvilər dövründə fəlsəfi-dini təriqət və cərəyanlar orta əsrlər Azərbaycan ictimai-siyasi və fəlsəfi fikir kontekstində.

Məruzələrin tərtibatına dair tələblər: 

- Məruzənin adı iri hərflərlə, Times New Roman, 12 şriftlə, 1,5 intervalla, sağ və soldan 20 mm yuxarı və aşağıdan 20 mm məsafə saxlanılmaqla çap olunmalıdır;

- Tezisin mətni ingilis dilində xülasə olmaqla 2 səhifəyə qədər olmalıdır;

- Mətnin əvvəlində məruzənin adı, müəllifin adı, soyadı, atasının adı, iş yeri və elektron ünvanı göstərilməlidir.

Məruzə tezislərinin qəbul olunması üçün son tarix: 5 noyabr 2017-ci il

Əlaqə:       

Ünvan: AZ1005, Bakı şəhəri, İstiqlaliyyət küç., 53

Tel.: (994 12) 492 3179

E-poçt: : shahismayil.konfrans@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: