Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Gənc alimlərin xarici ölkələrdə təcrübə keçməsi Azərbaycan elminə mühüm töhfələr verəcək
25.06.2017 10:07
  • A-
  • A
  • A+

Gənc alimlərin xarici ölkələrdə təcrübə keçməsi Azərbaycan elminə mühüm töhfələr verəcək

AMEA-nın İdarəetmə SistemləriFizikaKataliz və Qeyri-üzvi KimyaCoğrafiyaGenetik EhtiyatlarGeologiya və Geofizika institutları, o cümlədən Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları xarici ölkələrdə təcrübə keçiblər.

Alimlər ABŞ, Almaniya, Fransa, Tayvan, Polşa və Türkiyədə keçirilən təqaüd proqramları, təlimlər, həmçinin müxtəlif səpkili layihələrdə iştirak ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə xaricdə təcrübə keçmiş gənc tədqiqatçılarla görüşüb.

Akademiyanın rəhbəri bildirib ki, gənc alimlərin xarici ölkələrə ezam olunmasında məqsəd onların bilik və bacarıqlarının artırılması, müvafiq sahələr üzrə xarici ölkə təcrübəsinin öyrənilməsidir. Bu isə gənc tədqiqatçılara əldə etdikləri yeni bilikləri öz elmi araşdırmalarında tətbiq etmək imkanı verməklə yanaşı, Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirəcək, ölkə elminə yeni töhfələr verəcək.

A.Əlizadə Azərbaycanda gənclər siyasətinin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən olduğunu bildirib. Qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev gənc alimlərin fəaliyyətlərinin stimullaşdırılması, onların Azərbaycan elminin inkişafında rolunun artırılması və fəal iştirakı məsələsinə xüsusi diqqət ayırır. Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında olduğu kimi, elm sahəsində də mühüm nailiyyətlərə imza atmaları üçün zəruri tədbirlər görür.

Sonra AMEA-nın prezidenti gənc alimlərə tövsiyələrini verərək, onlara ölkə elminin tərəqqisi yolunda yeni nailiyyətlər arzulayıb. Gəncləri ezam olunduğu ölkələrin elmi müəssisələri ilə AMEA arasında əməkdaşlıq əlaqələrinin qurulması, kadr və təcrübə mübadiləsinin aparılması istiqamətində birgə səy göstərməyə çağırıb.

Sonda çıxış edən gənc tədqiqatçılar onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə AMEA rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Görüşdə AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim QuliyevDilqəm Tağıyev, Rəyasət Heyəti aparatının idarə rəhbərləri, həmçinin müvafiq institut və müəssisələrin direktorları iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: