Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabı işıq üzü görüb
22.06.2017 10:50
  • A-
  • A
  • A+

“Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri Günel Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabı işıq üzü görüb.

Bakı Dövlət Universitetinin professoru, geologiya-mineralogiya elmləri doktoru, Məmməd Çıraqovun elmi məsləhətçiliyi və redaktorluğu ilə dərc olunan kitab ön söz, giriş, üç fəsil və ədəbiyyat siyahısından ibarətdir.

Nəşrdə müasir analiz metodlarından istifadə etməklə Naxçıvan Muxtar Respublikasının təbii mineralı – seolitin termiki davamlılığı, dehidratlaşma xüsusiyyətləri, aqressiv mühitə davamlılığı, ion-mübadilə xassələri öyrənilib, seolitlərə xas olan quruluş kəmiyyətləri hesablanıb. Kitabda təbii seolitlərin quruluşları, tərkibi, fiziki-kimyəvi xassələri, təsnifatı və nomenklaturası, tətbiq sahələri haqqında yığcam məlumatlar şərh edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: