Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.06.2017 14:06
  • A-
  • A
  • A+

Ramazan bayramı münasibətilə aztəminatlı ailələrə yardım göstərilib

Ramazan bayramı münasibətilə aztəminatlı ailələrə yardım göstərilib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin AMEA bölməsinin təşkilatçılığı ilə Ramazan bayramı münasibətilə yardım kampaniyası keçirilib.

Bölmənin rəhbəri Ceyran Nağıyeva bu cür layihələrin ənənə halını aldığını və gələcəkdə davam etdiriləcəyini diqqətə çatdırıb.

AMEA-nın İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev bölmənin fəaliyyətinin 2016-cı ildə yenidən bərpa edildiyini və qısa müddətdə bir sıra uğurlara imza atdığını söyləyib. S.Əliyev layihə çərçivəsində bu elm ocağında 80-ə yaxın aztəminatlı ailəyə ərzaq yardımının göstəriləcəyini deyib.

Sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə təmsil etdiyi qurum barədə məlumat verib. Cəmiyyətin insanlara hər zaman sevinc bəxş etdiyini söyləyən Q.Əsgərzadə toplanan yardımların respublikanın digər bölgələrinə də yönləndirildiyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: