Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Kimyəvi silahı neytrallaşdıran qoruyucu parça hazırlanıb
20.06.2017 13:14
  • A-
  • A
  • A+

Kimyəvi silahı neytrallaşdıran qoruyucu parça hazırlanıb

Kimyəvi silah kütləvi qırğın silahlarının ən təhlükəli növlərindən biri hesab edilir. Əgər kimyəvi silah öz inkişaf başlanğıcında  tənəffüs yolları  vasitəsilə insan orqanizminə ağır zərbə yetirirdisə, onun hazırki müasir nümunələri dərinin müdafiəsiz sahələri və selikli qişalarına nüfuz edərək insana zərər yetirə bilir.

hi-news.ru saytının məlumatına görə, Şimali Karolina Universitetindən olan bir qrup tədqiqatçı tərəfindən zəhərləyici maddələrin təsirini müstəqil şəkildə neytrallaşdıran yeni növ parça hazırlanıb.

Xüsusi qoruyucu parça katalizator və filtr rolunu yerinə yetirən sirkonium və bir sıra materiallardan ibarət xüsusi metalorqanik birləşmələr (metal-organic frameworks, MOF) əsasında hazırlanıb.

Bu strukturlar  kimyəvi silahların tərkibinə daxil olan müxtəlif birləşmələri tamamilə parçalamaq və zərərsizləşdirmək bacarığına malikdir. Tozvari metalorqanik strukturlar əleyhqazların filtrları kimi də bəzi növ qazları udmaq qabiliyyətindədir. Sözügedən parça zəhərli maddəni 5 dəqiqə ərzində  tamamilə neytrallaşdırır.

  • Paylaş: