www.science.az
16.06.2017 09:34

Akademik Şahin Mustafayev Qazaxstanda İpək Yolu ilə bağlı keçirilən beynəlxalq konfransda iştirak edib

Qazaxstanın Almatı şəhərində UNESCO-nun Orta Asiya ölkələri üzrə klaster bürosu və Qazaxstanın “Mədəniyyətlərin yaxınlaşması” Mərkəzi Dövlət Muzeyinin təşkilatçılığı ilə “İpək Yolu üzərində Qazaxstanda və Orta Asiyada dinlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransın işində qazaxstanlı elm adamları ilə yanaşı, müxtəlif ölkələrdən, o cümlədən, İtaliya, Belçika, ABŞ, Rusiya, Özbəkistan, Qırğızıstan və Azərbaycandan dəvət edilmiş alimlər iştirak ediblər.

Beynəlxalq tədbirdə ölkəmizi AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edib. O, “Monqol dövründə Azərbaycanda və Cənubi Qafqazda dini vəziyyətin bəzi cəhətləri” mövzusunda məruzə ilə çıxış edib. 

Konfransın sonunda yekun qətnamə qəbul olunub. Qeyd edilib ki, müasir dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun gücləndirilməsinə ehtiyacın artdığı bir dövrdə bəşəriyyətin mədəni mirasının qorunması və öyrənilməsi, xüsusilə xalqlar arasında mədəni körpülər yaradan qədim İpək Yolu təcrübəsinin diqqətdə saxlanılması aktuallıq kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.