www.science.az
15.06.2017 09:09

Akademik Nizami Cəfərovun kitabı gürcü dilində nəşr olunub

Akademik Nizami Cəfərovun “Azərbaycan xalqının tarixi və ya tərcümeyi-halı” əsəri Gürcüstanda nəşr olunub.

Tbilisinin nüfuzlu “Universal” nəşriyyatında nəfis şəkildə çapdan çıxan kitabı gürcü dilinə Nəriman Əliyev tərcümə edib. Nəşrin tərtib edəni Dəyanət Osmanlı, redaktorları isə Mirzə Məmmədoğlu və Nariman Yaşağaşvilidir (Naro Kolxeli).

Təqdimat mərasiminin iyul ayında Tbilisi və Marneuli şəhərlərində keçirilməsi nəzərdə tutulur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.