Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Torpaqların ekoloji monitorinqi” dərsliyi çapdan çıxıb
14.06.2017 09:08
  • A-
  • A
  • A+

“Torpaqların ekoloji monitorinqi” dərsliyi çapdan çıxıb

Akademik Qərib Məmmədov, professor Sara Məmmədova və dosent Cəsarət Şabanovun “Torpaqların ekoloji monitorinqi” dərsliyi nəşr olunub.

Kitabda ekoloji monitorinq haqqında təlimin əsas mahiyyəti şərh edilir, torpaq monitorinqinin əsas rolu haqqında məlumat verilir. Nəşrdə, eyni zamanda, antropogen deqradasiyanın müxtəlif növləri şəraitində torpaqların ekoloji monitorinqinin növləri və metodları, torpaqların keyfiyyətinin normallaşdırılması üsulları, Azərbaycanda torpaq-ekoloji monitorinqin təşkili və digər məsələlər təhlil edilir.

Yeni nəşr tələbə, tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: