Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Müasir cəmiyyət və etnomədəni müxtəliflik (Etnoloji oçerklər)” monoqrafiyası çapdan çıxıb
13.06.2017 11:52
  • A-
  • A
  • A+

“Müasir cəmiyyət və etnomədəni müxtəliflik (Etnoloji oçerklər)” monoqrafiyası çapdan çıxıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Etnososioloji tədqiqatlar şöbəsinin müdiri, antropologiya üzrə elmlər doktoru Əliağa Məmmədlinin müəllifi olduğu “Müasir cəmiyyət və etnomədəni müxtəliflik (Etnoloji oçerklər)” monoqrafiyası nəşr edilib.

Monoqrafiya müasir etnik və etnomədəni prosesləri şərtləndirən amillərin və onların təsir dərəcəsinin müəyyənləşdirilməsinə həsr olunub. Kitabda, həmçinin bu proseslərin gedişində yaranan yeniliklərin ənənəvi mədəniyyətə təsir formalarının və məzmununun aydınlaşdırılmasına geniş yer verilib.

Nəşrdə “Qloballaşma şəraitində Azərbaycanda etnik mədəniyyət”, “Sovet dövründə azərbaycanlıların etnik identikliyinin formalaşmasının xüsusiyyətləri”, “Azərbaycanda müasir etnik siyasətin əsas istiqamətləri”, “Azərbaycanın polietnik bölgələrində aparılan etnososioloji tədqiqatlar”, “Qax rayonunun etnik mənzərəsi” və digər etnoloji oçerklər yer alıb.

Monoqrafiya etnoloqlar, etnopsixoloqlar, politoloqlar və eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: