Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Gənc Şairələrin Bakı Forumu” keçirilib
12.06.2017 15:17
  • A-
  • A
  • A+

“Gənc Şairələrin Bakı Forumu” keçirilib

AMEA-nın Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının (BGİ) təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənc Şairələrin Bakı Forumu” keçirilib.

Tədbirdə “Böyük İpək Yolu” BGİ-nin sədri, millət vəkili Fuad Muradov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Moldovanın Azərbaycandakı səfiri George Leuka, yazıçı Günel Anarqızı, Təhsil Nazirliyi və Ədəbiyyat Muzeyinin səlahiyyətli nümayəndələri və digər şəxslər iştirak ediblər.

Forumu “Böyük İpək Yolu” BGİ-nin baş katibi Aytən Əliyeva açaraq tədbirdə 12 ölkənin gənc şairələrinin iştirak etdiyini bildirib.

Sonra millət vəkili Fuad Muradov çıxış edərək forumun mədəniyyətlərarası dialoqa bir töhfə olduğunu və burada iştirak edən gənclərin Bakıda toplanmasının həm ölkənin ədəbi mühitində, həm də iştirakçıların yaradıcılığında iz buraxacağını söyləyib. F.Muradov forumun YUNESKO tərəfindən ən yaxşı layihələrdən biri kimi qiymətləndirildiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində iştirakçı ölkələrin nümayəndələri öz şeirlərini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: