Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Radiasiya Problemləri İnstitutu ilə Gürcüstanın Farmokokimya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
09.06.2017 14:23
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutu ilə Gürcüstanın Farmokokimya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA-nın Radiasiya Problemləri İnstitutu (RPİ) ilə Gürcüstanın Tiflis Dövlət Universitetinin İovel Kutateladze adına Farmokokimya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sənədi RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və Farmokokimya İnstitutunun direktoru, professor N.Qorqaslidze imzalayıblar.

Sözügedən müqavilənin əsas məqsədi institutlar arasında radiasiya, nüvə, radiokimya, radiobiologiya, radioekologiya, radiasiya materialşünaslığı, nüvə təhlükəsizliyi və digər elmi-texniki sahələrdə birgə əməkdaşlığın yaradılmasıdır.

İnstitutlar müqavilə çərçivəsində müxtəlif fondlara və beynəlxalq təşkilatlara birgə layihələr təqdim edəcək və qrant müsabiqələrinə qatılacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: