Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

09.06.2017 12:23
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Rusiya Federasiyası Perm Milli Tədqiqat Politexnik Universitetinin  nümayəndə heyəti ilə  görüş keçirilib.

Görüşdə iki qurum arasında elmi əlaqələrin genişləndirilməsi, alim və tədqiqatçıların mübadiləsi, eləcə də birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev qonaqlara rəhbərlik etdiyi müəssisənin elmi fəaliyyət istiqamətləri, burada aparılan tədqiqat işləri və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Sonra Perm Milli Tədqiqat Politexnik Universitetinin Neft və qaz yataqlarının işlənməsi və geologiyası elm-tədris mərkəzinin direktoru, texnika üzrə fəlsəfə doktoru Pavel İlyuşin çıxış edərək iki qurum arasında əlaqələrin qurulması və birgə layihələrin həyata keçirilməsinin önəminə toxunub.

Görüşdən sonra qonaqlar institutun laboratoriyalarını gəzib, maddi-texniki baza və alimlərin elmi fəaliyyəti ilə əyani tanış olublar.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: