Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Eroziyaya məruz qalmış açıq-boz qəhvəyi torpaqların məhsuldarlığının artırılması istiqamətində tədqiqat işləri aparılır
28.02.2014 00:00
  • A-
  • A
  • A+

Eroziyaya məruz qalmış açıq-boz qəhvəyi torpaqların məhsuldarlığının artırılması istiqamətində tədqiqat işləri aparılır

AMEA Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu “Fiziki və kimyəvi analizlər” labaratoriyası Böyük Qafqazın cənub-şərq hissəsində eroziyaya məruz qalmış açıq-boz qəhvəyi torpaqların məhsuldarlığının artırılması istiqamətində tədqiqat işləri aparır.

Artıq 3 ildir ki, aparılan araşdırmaların bu ilin sonunda yekunlaşması planlaşdırılır. “Qobustan rayonu ərazisində eroziyaya məruz qalmış açıq boz-qəhvəyi (şabalıdı) torpaqların məhsuldarlığının artırılması və tədbirlərinin işlənilib hazırlanması” mövzusu üzrə yerinə yetirilən elmi-tədqiqatlara labaratoriyanın müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirvari Məmmədovarəhbərlik edir. Tədqiqatın məqsədi Dağlıq Şirvanın dağətəyi dəmyə şəraitində eroziyaya uğramış torpaqların münbitliyinin yaxşılaşdırılmasında xaşa bitkisi və mineral gübrələrin rolunu müəyyənləşdirməkdən ibarətdir.

Yekun nəticə olaraq aparılan tədqiqatlardan məlum olub ki, eroziyaya uğramış açıq boz-qəhvəyi (şabalıdı) torpaqlarda münbitliyin yaxşılaşdırılmasında mineral gübrələrin verilməsi ən yaxşı tədbirlərdən biridir.

Qeyd edək ki, hesabat dövrü ərzində tədqiqat işini əhatə edən 2 elmi məqalə dərc olunaraq institutun Metodik Şurasında müzakirəyə təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: