Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən e.ə. IX-VIII əsrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb
06.06.2017 10:29
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən e.ə. IX-VIII əsrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası Naftalan şəhəri və Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparır.

Ekspedisiyanın rəhbəri, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov tədqiqatlar nəticəsində 20-dən artıq kurqan və iki yaşayış yerinin qeydə alındığını bildirib.

Bundan əlavə, eramızdan əvvəl IX-VIII əsrə aid edilən Goranboy rayonunun Tatarlı kəndi ərazisindəki Muncuqlu nekropolunda arxeoloji tədqiqatlar davam etdirilib. İki hektar ərazini əhatə edən Nekropol 2007-ci ildə qeydə alınıb və sonrakı illərdə səkkiz qəbir tədqiq olunub. Qəbirlərdəki skeletlərin ətrafından 19 ədəd saxsı qab, 200-dən artıq bəzək əşyası, muncuqlar, metaldan hazırlanmış bıçaq, iynə və digər maddi-mədəniyyət nümunələri aşkarlanıb. 

Nekropolda bu il daha dörd qəbirdə arxeoloji tədqiqatların aparılması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: