Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

05.06.2017 16:07
  • A-
  • A
  • A+

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində doktorant və dissertantlarla görüş keçirilib

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində doktorant və dissertantlarla görüş keçirilib

İyunun 5-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu müəssisənin doktorant və dissertantlarının fəaliyyətlərinin müzakirəsinə həsr olunan görüş keçirilib.

Öncə muzeyə 2017-ci ildə qəbul olmuş elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantlar çıxış edərək öz elmi-tədqiqat mövzuları, apardıqları araşdırmalar və fəaliyyət planlarına dair ətraflı məlumat veriblər.

Sonra muzeyin direktoru, Filologiya problemləri üzrə Elmi Şuranın sədri, akademik Rafael Hüseynov çıxış edərək doktorant və dissertantlara təklif və tövsiyyələrini verib. Onları tədqiqat apardıqları mövzu üzrə beynəlxalq təcrübəni öyrənməyə, daha dərin elmi araşdırmalar aparmaq və mühüm elmi nailiyyətlər əldə etmək üçün dünyanın nüfuzlu elmi bazalarından istifadə etməyə çağırıb. Alim hər bir tədqiqatçıya lazımi köməklik göstərməyə hazır olduğunu söyləyib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda akademik bildirib ki, Filologiya problemləri üzrə Elmi Şuranın növbəti iclası üçün sənədlər 30 iyun 2017-ci il tarixinə kimi qəbul olunur. Həmin müddətədək doktorant və dissertantlara elmi-tədqiqat mövzuları üzrə fəaliyyət planlarını təqdim etmək tövsiyyə olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: