Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Təhsil – Elm – Start up İnnovasiya modeli” layihəsi çərçivəsində seminar keçiriləcək
02.06.2017 16:17
  • A-
  • A
  • A+

“Təhsil – Elm – Start up İnnovasiya modeli” layihəsi çərçivəsində seminar keçiriləcək

5-6 iyun 2017-ci il tarixlərində Excelsior Baku Hotelində AMEA-da hazırlanmış Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) proqramına uyğun olaraq “Təhsil-Elm-Start up İnnovasiya modeli” layihəsi çərçivəsində seminar keçiriləcək.

Seminarda Avropa ölkələrinin aparıcı ekspertləri Azərbaycanda “Təhsil – Elm – Start up İnnovasiya modeli”nin qurulması, gənclərin innovativ elmi ideyalarının biznes layihələrinə çevrilməsi, həmçinin bu modelin inkişafı üçün vacib olan məsələlər haqqında mühazirələrlə çıxış edəcəklər. Layihənin həyata keçirilməsində əsas məqsəd elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, qabaqcıl texnologiyaların transferi və bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsinə dəstək verməkdir.

Seminarda AMEA-nın elmi müəssisələrinin təhsilə məsul şəxsləri, o cümlədən Təhsil Nazirliyinin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edəcək. 

Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 2.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: