Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan Muxtar Respublikası florası - Qurğuşunçiçəyikimilər” kitabı çapdan çıxıb
01.06.2017 14:23
  • A-
  • A
  • A+

“Naxçıvan Muxtar Respublikası florası - Qurğuşunçiçəyikimilər” kitabı çapdan çıxıb

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, həmin müəssisənin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər İbrahimov və Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun həmmüəllifi olduğu “Naxçıvan Muxtar Respublikası florası - Qurğuşunçiçəyikimilər” kitabı işıq üzü görüb.

Kitabda Naxçıvan ərazisində zəngin bitki örtüyü və biomüxtəlifliyi ilə fərqlənən Qurğuşunçiçəyikimilər fəsiləsinə daxil olan nadir növlərin təhlili aparılaraq onların dərman, boyaq, dekorativ və balverən bitkilər kimi müstəsna əhəmiyyəti işıqlandırılıb. Həmçinin bu növlərin bərpası, səmərəli istifadə ediməsi və mühafizə yolları göstərilib.

Yeni nəşr ali bitkilərin bioloji müxtəlifliyinin qiymətləndirilməsində, ətraf mühitin mühafizəsinə dair proqramların hazırlanmasında, orta və ali məktəblərin tədris proqramlarının həyata keçirilməsində istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: