Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimlər “Alqarış” qrant layihəsinin qalibləri sırasında yer alıblar
01.06.2017 11:31
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər “Alqarış” qrant layihəsinin qalibləri sırasında yer alıblar

Rusiya Federasiyasının Tatarıstan Respublikasının hökuməti tərəfindən elan olunmuş “Alqarış” qrant layihəsi üzrə qaliblərin adları açıqlanıb.

Qərara əsasən, AMEA akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və elmi işlər üzrə direktor müavini,  texnika elmləri doktoru Təranə Məmmədova qaliblər sırasında yer alıb. Azərbaycanlı alimlər layihə çərçivəsində 23-28 oktyabr 2017-ci il tarixlərində Kazan Milli Texniki Tədqiqat Universitetində mühazirə  keçəcəklər.

Qeyd edək ki, qrant layihəsinin qalibləri sırasında yer alan dünyanın 16 ölkəsindən nüfuzlu alimlər Kazan Federativ Universiteti, Kazan Dövlət Energetika Universiteti, Kazan Dövlət Memarlıq və İnşaat Universiteti, Kazan Dövlət Tədqiqat Texnologiya Universiteti və Kazan Dövlət Tibb Universitetində mühazirələr oxuyacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: