Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Molla Pənah Vaqif və folklor” mövzusunda respublika konfransı keçiriləcək
31.05.2017 09:05
  • A-
  • A
  • A+

“Molla Pənah Vaqif və folklor” mövzusunda respublika konfransı keçiriləcək

21 iyun 2017-ci il tarixində AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə “Molla Pənah Vaqif və folklor” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.

Konfrans Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamı çərçivəsində baş tutacaq.

Məqalələrin tərtibinə dair qaydalar:

- Yazı: Microsoft Office Word, kağız: A4, 12 şrift ölçüdə;

- Səhifə qaydası: üst: 3,5, alt: 3,5, sağ: 3,5, sol: 3,5, interval 1,5;

- Yazı Puntu: başlıq 12 şrift ölçüdə, yağlı;

- Konfransda iştirak etmək istəyənlər məruzələrin xülasəsini 10 iyun 2017-ci il tarixinədək vaqif.folklor@mail.ru elektron ünvanına göndərə bilərlər;

- Xülasələrin qəbul olunması barədə müəlliflərə 15 iyun 2017-ci il tarixinədək məlumat veriləcək;

- İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda “Qaynaqlar” yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlarda” göstərilən qaydada yazılmalıdır. “Qaynaqlar”dan sonra üç dildə xülasə verilməlidir;

Konfrans haqqında ətraflı məlumatı və anket formasını www.folklor.az səhifəsindən əldə etmək olar.

Ünvan: Bakı ş., İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31.

Telefon: (+994 12) 492 92 48 (daxili nömrə 107), (+994 12) 492 93 14.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: