Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.05.2017 16:35
  • A-
  • A
  • A+

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin veb-saytı təqdim edilib

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin veb-saytı təqdim edilib

AMEA Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi və Azərbaycan Milli Ensiklopediyası sisteminin veb-saytlarının təqdimat mərasimi keçirilib.

Tədbirdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri və Milli Ensiklopediya Mərkəzinin məsul şəxsləri iştirak edirblər.

Öncə İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova mərkəzin ame-merkez.gov.az veb-saytı haqqında məlumat verib. Bildirib ki, institutun mütəxəssisləri tərəfindən hazırlanmış sayt AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırılmış, təhlükəsizlik tam şəkildə təmin olunmuşdur.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytın Ana səhifəsi “Haqqımızda”, “Struktur”, “Azərbaycan Milli Ensiklopediyası”, “Xəbərlər”, “Rəsmi sənədlər”, “Elanlar” və “Qalereya” bölmələrindən ibarətdir. Ən son texnologiyalar əsasında yaradılmış saytda əhatəli axtarış sistemi, xəritə və faydalı linklər də mövcuddur.

ame-merkez.gov.az-ın “Xəbərlər” bölməsinin siyasəti haqqında institutun sektor müdiri Əfruz Qurbanova çıxış edib. Bildirib ki, veb-saytda mərkəzin fəaliyyəti, burada təşkil olunan tədbirlər, görüşlər, yeni nəşrlər, müsahibə və çıxışlara dair məlumatları yerləşdirmək məqsədəuyğundur.  

Sonra  institutun elmi işçisi Yusif Sadıyev Azərbaycan Milli Ensiklopediyası sisteminin ensiklopediya.gov.az veb-saytını təqdim edib. Onun sözlərinə görə, mərkəzin veb-saytından birbaşa keçidin mümkün olduğu sistemdə çoxsaylı ensiklopedik lüğətlər və onların izahları onlayn şəkildə yerləşdirilmişdir və bu proses davam etməkdədir.

Y.Sadıyev saytın axtarış sistemi haqqında məlumat verərək qeyd edib ki, sistemdə söz, əlifba və cild üzrə axtarış aparmaq mümkündür.  

Sonda veb-saytın istismarına dair fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: