AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun böyük elmi işçisi, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Loğman Bayramov və Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmləri üzrə elmlər doktoru, dosent Varis Quliyevin müəllifi olduqları “Naxçıvan Muxtar Respublikasında armud bitkisinin genefondu və bioloji xüsusiyyətləri” monoqrafiyası işıq üzü görüb.
Nəşrdə Naxçıvan Muxtar Respublikasında mövcud olan armud sort və formalarının təsərrüfat-bioloji, pomoloji xüsusiyyətləri, artırılma üsulları, torpağın əkin üçün hazırlanması, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, kimyəvi tərkibi, iqtisadi səmərəliliyi və digər məsələlər öz əksini tapıb.
Monoqrafiya Azərbaycanda meyvəçilik sahəsində tədqiqat aparan alimlər, mütəxəssislər, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, magistrlər, həmçinin fermerlər üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.