AMEA-nın Neft və Qaz İnstitutu ilə İ.Qubkin adına Rusiya Dövlət Neft və Qaz İnstitutu arasında Karbohidrogen sistemlərinin modelləşdirilməsi beynəlxalq Azərbaycan-Rusiya elmi-tədqiqat laboratoriyasının yaradılması haqqında memorandum imzalanıb.
Beynəlxalq laboratoriyanın yaradılmasının məqsədi intellektual resursların birləşdirilməsi üçün elmi tədqiqat məsələlərinin həlli və fəaliyyət istiqamətlərinin reallaşdırılmasıdır.
Memorandum mayın 22-də AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyevin 70 illik yubileyinə həsr olunan elmi sessiya çərçivəsində imzalanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.