Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.05.2017 16:07
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Elm Tarixi İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

10-17 may 2017-ci il tarixlərində AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli İtaliyada elmi ezamiyyətdə olub.

M.Seyidbəyli səfər çərçivəsində İtaliyanın Qalileo Qaliley Elm Tarixi Muzeyinin direktoru Paolo Qalluzi ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin qurulmasına dair əməkdaşlıq memorandumu imzalanıb.

Qeyd edək ki, Elm Tarixi Muzeyi və İnstitutu 1830-cu ildə İtaliyanın Florensiya şəhərində tibb tarixçisi Andrea Korsini tərəfindən təsis edilib. Qalileo Qaliley Elm Tarixi Muzeyi adı altında isə 2010-cu ildə yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: