www.science.az
19.05.2017 15:19

Azərbaycanlı alimin monoqrafiyası nüfuzlu nəşriyyatda çap olunub

AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmlər doktoru, professor İman Əsgərzadənin və türkiyəli alimlər - Ali Bozbey və Mehmet Cantürkün həmmüəllifi olduqları "Josephson dinamikasının və ifratkeçiricilik elektronikasının müasir aspektləri" adlı monoqrafiya çapdan çıxıb.

Almaniyanın nüfuzlu "Springer-Verlaq" nəşriyyatında çap olunan kitab ifratkeçiriciliyin tətbiqi sahəsində ölkəmizdə hazırlanmış ilk monoqrafiyadır.

Beş bölmədən ibarət olan monoqrafiyada ifratkeçiricilərdə düzlənmə parametrinin çoxzonalı strukturu və anizotropiyası nəzərə alınaraq Josephson cərəyanının xüsusiyyətləri və digər məsələlər tədqiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.