Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib
17.05.2017 13:59
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Mayın 17-də AMEA-nın Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.

Tədbiri bölmənin akademik-katibi, akademik Nərgiz Axundova açaraq gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Sonra 2017-ci il üçün doktoranturaya və dissertanturaya qəbul planına dair  təkliflər müzakirə olunub.

İclasda Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafayevanın və A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan-Rusiya əlaqələri şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyevanın namizədliyinin “AMEA-nın professoru” el­mi adına təqdim olunması haqqında qərar qəbul edilib.

Bundan əlavə, filologiya üzrə fəlsəfə doktoru Lalə Bayramovanın AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Təhsil şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Əli Rəcəblinin Milli Azərbaycan Tarix Muzeyinin Numizmatika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Sayılovun həmin muzeyin Elmi maarifləndirmə və ekskursiyalar  şöbəsinin  müdiri və tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın həmin müəssisənin Etnoqrafiya şöbəsinin müdiri vəzifələrinə təyin edilmələri haqqında qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: