AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov Tacikistanın paytaxtı Düşənbə şəhərinə ezam olunub.
F.Salmanov səfər çərçivəsində MDB ölkələrinin gənc alimlər şuralarının sədrlərinin, həmçinin gənc tədqiqatçıların qatıldığı “Elmin inkişafında gənc alimlərin rolu” mövzusunda II beynəlxalq elmi-praktiki konfransda iştirak edib.
Konfransın plenar iclasında çıxış edən F.Salmanov qarşılıqlı təcrübə mübadiləsi, yeni innovativ elmi ideyaların mənimsənilməsi və tətbiqi baxımından bu cür tədbirlərin önəmini vurğulayıb. Qeyd edib ki, konfrans ortaq dini və tarixi ənənələri bölüşən tacik həmkarlarla birgə layihələrin yerinə yetirilməsi və uğurlu icrasına stimul yaradacaq.
F.Salmanov konfransın ikinci günündə keçirilən dəyirmi masada “Azərbaycanda gənclər siyasəti və elmi gənclik” mövzusunda məruzə ilə çıxış edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.