Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Mərkəzi Elmi Kitabxanada akademik Həsən Əliyevin kolleksiyasının təqdimatı keçirilib
15.05.2017 09:24
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada akademik Həsən Əliyevin kolleksiyasının təqdimatı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) akademik Həsən Əliyevin anadan olmasının 110 illik yubileyi münasibətilə alimin kitab kolleksiyasının təqdimatı keçirilib.

Coğrafiya İnstitutu tərəfindən MEK-ə təqdim olunan kolleksiya ümumilikdə müxtəlif elm sahələrinə aid 488 kitabı əhatə edir.

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, bu cür tədbirlər Azərbaycan elminin inkişafında əvəzsiz xidmətləri olan alimlərin xatirəsini yad etmək, onları gənc nəslə tanıtdırmaq baxımından böyük rol oynayır. Akademik Həsən Əliyevin şərəfli və ləyaqətli ömür yolundan danışan R.Məmmədov görkəmli alimin səyi nəticəsində SSRİ-də ilk dəfə olaraq Coğrafiya İnstitutunda Ətraf mühitin mühafizə şöbəsinin yaradıldığını söyləyib. Qeyd edib ki, Xəzər dənizində 30 il istifadə olunan dəniz observatoriyasının yaradılması da məhz Həsən Əliyevin adı ilə bağlıdır.

Tədbirdə coğrafiya üzrə elmlər doktorları - Şövqi Göyçaylı, Tapdıq Həsənov, Yaqub Qəribov, coğrafiya üzrə fəlsəfə doktorları - Məhərrəm Həsənov, Habil Haqverdiyev, İsmayıl Quliyev, elmi işçi Zahid Əhmədov və digərləri çıxış edərək Həsən Əliyevlə bağlı xatirələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: